AZ

Zurabişvili səfirləri iqamətgaha topladı

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədə xarici agentlər haqqında qanunun qəbul edilməsi cəhdi fonunda Avropa İttifaqı ölkələrinin liderlərindən Tbilisiyə səfər etməyi xahiş edib.

Publika.az xəbər verir ki, bu barədə "NewsGeorgia" məlumat yayıb.

Qeyd edilib ki, Zurabişvili bu gün Tbilisidəki iqamətgahında topladığı Aİ-yə üzv ölkələrin səfirlərinə müvafiq sorğu ilə müraciət edib.

“Biz gərgin vəziyyətdəyik və sizin tərəfdaşlarımız kimi gürcü xalqının sabitliyinin təmin edilməsində çox mühüm rolunuz var. Xahiş edirəm ki, bu müddət ərzində, mayın sonuna qədər yüksək səviyyəli səfərlər həyata keçirilsin. Bilirəm ki, avropalılar üçün seçkilərlə, Avropa Parlamenti seçkiləri ilə bağlı mühüm dövr gəlir və amerikalı dostlarımız da aktiv seçki dövrünə başlayacaqlar”, - Zurabişvili bildirib.

O, “Gürcü arzusu”nun yaradıcısı Bidzina İvanişvilinin son əsas çıxışını “çox təxribatçı” və Qərb tərəfdaşlarına qarşı yönəlmiş çıxış kimi qiymətləndirib.

Prezident “Xarici təsirin şəffaflığı haqqında” qanunun yenilənməsini Avropa Birliyinin qapılarını açıq görməyə şad olan insanlara qarşı zorakılıq və təxribat adlandırıb və hesab edir ki, Avropa İttifaqı uzunmüddətli təhlükəsizliyi ən yaxşı şəkildə təmin edə bilər.

“Bu gün baş verənlərə və ya sabah və o biri gün baş verəcəklərə görə məsuliyyət, əlbəttə ki, Gürcüstan hakimiyyətinin üzərinə düşür, çünki bütün ölkə Avropa yolu uğrunda birləşdiyi zaman baş verən hadisələrin belə inkişafının təşəbbüskarı məhz onlar olub” – deyə o vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
4
publika.az

5Mənbələr