AZ

Rahilin komandası yüksək liqanı tərk etdi

Azərbaycanlı futbolçu Rahil Məmmədov Polşa çempionatında növbəti oyununu keçirib. 

Bizim.Media xəbər verir ki, onun çıxış etdiyi LKS öz meydanında uduzub. 

Lodz klubu “Şlask”a 1:2 hesabı ilə məğlub olub. Bütün qollar fasilədən sonra vurulub. Hesabı LKS açsa da, qonaq komanda əzmkarlıq göstərərək, 2 dəfə fərqlənib. 

Bu məğlubiyyətdən sonra Məmmədovun komandasının Ekstraklasanı tərk edəcəyi rəsmiləşib. 31 oyundan sonra 21 xal toplayan Lodz təmsilçisi sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, LKS növbəti turda “Piast”la qarşılaşacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
2
bizim.media

3Mənbələr