AZ

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Bakı. Trend:

Mayın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun BayramovQambiyaya işgüzar səfəri çərçivəsində Banqladeşin xarici işlərnaziri Məhəmməd Həsən Mahmud ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Trend-ə bildirilib ki, görüşzamanı tərəflər, yüksək səviyyəli qarşılıqlı səfərlərin, siyasidialoqun və qurumlararası təmasların əməkdaşlığın inkişafına töhfəverdiyini, müasir şəraitdə mövcud təhlükələr və çağırışların aradanqaldırılması kontekstində ikitərəfli və çoxtərəfli əməkdaşlığıngücləndirilməsinin önəmi vurğulanıb.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsindəəməkdaşlığın gücləndirilməsinin əhəmiyyətinə diqqət çəkərək,tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən iqtisadi,humanitar və sosial sahələrdə daha da möhkəmlənəcəyinə əminlikifadə ediblər. Bununla yanaşı, nəqliyyat, səhiyyə, təhsil, elm vəmədəniyyət sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

Nazir Ceyhun Bayramov bu il ölkəmizin ev sahibliyi etdiyiCOP29-un yeni əməkdaşlıq sahələri üçün əlverişli imkan yaratdığınıvurğulayıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikirmübadiləsi aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
1
az.trend.az

8Mənbələr