AZ

İsrail komandası Bakıda keçirilən Avropa kubokunda birinci yeri tutub

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunda 126.800 xalla İsrailin gənclər komandası komanda yarışında birinci yeri tutub.

Olaylar.az xəbər verir ki, ikinci yeri Bolqarıstan komandası (121,700 xal), üçüncü yeri Rumıniya komandası (120,850 xal) tutub.

"Gənclər" yaş kateqoriyasında çıxış edən Azərbaycan yığması komanda hesabında 117.900 xalla beşinci yerdə qərarlaşıb.

Xatırladaq ki, bədii gimnastika üzrə Avropa kubokunda Azərbaycanı "gənclər" yaş kateqoriyasında Fidan Qurbanlı, İlaxa Bahadırova, Gövhər İbrahimova və Şəms Ağaquseinova təmsil edirlər.

Qeyd edək ki, bədii gimnastika üzrə Avropa kuboku mayın 3-5-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Müsabiqədə 37 ölkədən nümayəndələr iştirak edirlər. Gimnastlar iki yaş kateqoriyasında çıxış edirlər - "böyüklər" (fərdi proqram və qrup hərəkətləri) və "gənclər" (fərdi proqram).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
1
olaylar.az

2Mənbələr