AZ

Almaniyada daha iki siyasətçiyə hücum edilib

Almaniyada iki yaşıl siyasətçiyə hücum edənləri axtarırlar. 

Hücum Essen şəhərində keçirilən ziyafətdən sonra baş verib.

Zərərçəkmişlərdən biri Rolf Fliessin dediyinə görə, hadisədən sonra bir qrup şəxs restoranın qarşısında onlara yaxınlaşaraq selfi çəkdirmələrini istəyib. Əvvəlcə mehriban ab-hava hökm sürürdü, amma yaxınlaşanlardan biri siyasətçilərə qurşaqdan aşağı təhqirlərlə müraciət edərək onları “yaşıl faşist” adlandırıb və üzlərinə vurub.

Hadisə nəticəsində siyasətçilərdən biri yüngül xəsarət alıb. Eyni zamanda Flays Essen şəhər şurasının sədr müavinidir. Polis hücumun siyasi motivli olduğundan şübhələnir. İki şübhəli axtarılır.

Mənbə: A Haber

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
2
dogru.az

3Mənbələr