AZ

Müharibəni yalnız bir ölkə dayandıra bilər - HƏMAS

İsrailin Qəzzadakı müharibəsinə son qoymaq üçün üç aylıq danışıqlarda irəliyə doğru bir neçə addım atılıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri HƏMAS-ın Siyasi Bürosunun üzvü Üsamə əl-Həmdan deyib.

"Düşünürəm ki, vasitəçilər, Misir və Qətərdəki qardaşlarımız yaxşı iş görürlər. Ona görə də biz hələ də əsas məqsədə - tam atəşkəs və qoşunların Qəzzadan çıxarılmasına nail olacağımıza ümid edirik", - deyə o bildirib.

Həmdan əlavə edib ki, müharibəni yalnız ABŞ bitirə bilər:

"Biz ABŞ-ın real mövqeyi haqqında danışmalıyıq, çünki bu, israillilərin, əsasən də Netanyahunun mövqeyinə təsir edəcək əsas məsələdir. Əgər ABŞ Netanyahuya açıq şəkildə desə ki, kifayətdir, sizi əmin edirəm ki, müharibə bitəcək!"

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
6
milli.az

6Mənbələr