AZ

Adil Şükürov: "Sumqayıt" bizi qıcıqlandırdı"

"Kəpəz" Azərbaycan Premyer Liqasının XXXIII turunda Tovuzda "Sumqayıt"la 1:1 hesablı heç-heçə edib.

Sportnet.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Mübarizə aparıb 1 xal qazana bildik. Hazırda ən böyük hədəfimiz bizdən öndə olan komandanı keçməkdir. Buna doğru irəliləyirik. Oyun ağır oldu. Bunu gözləyirdik. Çalışırdıq ki, öz oyunumuzdan həzz alaq. Futbolçular mübarizlik göstərdi. 

- Ən rahat komanda "Kəpəz"dir. Bundan sonrakı oyunlarınız isə avrokuboklar uğrunda mübarizə aparan komandalarladır. Belə fikirlər var ki, həmin komandalar "Kəpəz"i stimullaşdıracaq. Bu fikirlərə münasibətiniz necədir?

- Bizə lazım olan oyunumuzu inkişaf etdirməkdir. Kimin nə düşündüyü bizi maraqlandırmır. Futbolçular sağ olsunlar, öz güclərini göstərdilər.

- Sanki bu gün sizin üçün final oyunu idi. "Neftçi" ilə matçda da meydanda belə mübarizə görəcəyik?

- Stressin bu həddə çatmasının səbəbi "Sumqayıt"ın texniki zonasından gələn sözlər, jestlər idi. Bu, vəziyyəti gördüyünüz həddə çatdırıdı. Bizi "Sumqayıt" qıcıqlandırdı. Növbəti matçlarda da meydanda öz işimizi görəcəyik.

- Samir Abasov eyham vurdu ki, "Kəpəz"in aparıcı oyunçularının qırmızı vərəqə alması qarşıdakı matçlarda öz sözünü deyəcək...

- Samir Abasov düz qeyd etdi. Bu gün bizdə demək olar ki, oyunçu qalmadı.

- Sanki baş hakim oyunun ipini əldən vermişdi. Siz necə düşünürsünüz?

- Hakimlik barədə mənə deyil, bu barədə danışan adamlara sual verin.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
4
sportnet.az

9Mənbələr