AZ

Azərbaycan Premyer Liqası: “Kəpəz” Tovuzda “Sumqayıt”la heç-heçə edib

Azərbaycan Premyer Liqasında XXXIII tura start verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, turun ilk oyunu Tovuzda şəhər stadionunda baş tutub.

“Kəpəz” “Sumqayıt”ı qəbul edib. İnqilab Məmmədovun idarə etdiyi qarşılaşmada qalib müəyyənləşməyib - 1:1. Qonaqların heyətində 80-ci dəqiqədə Cordan Rezabala fərqlənib. Gəncə təmsilçisinin bərabərlik qolunu isə 90+5-ci dəqiqədə Elçin Əlicanov vurub.

“Sumqayıt” 51 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Səkkizinci olan “Kəpəz”in hesabında 35 xal var.

Bu gün, saat 19:30-da turun mərkəzi qarşılaşması sayılan “Qarabağ” - “Neftçi” matçı başlayacaq.

Qeyd edək ki, turun digər oyunları mayın 5-i və 6-da keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
5
operativmm.az

10Mənbələr