AZ

ChatGPT ürək xəstəliyinə diaqnoz qoya bilmədi

Amerikalı kardioloqlar ChatGPT çatbotunun ürək xəstəliyi riskinin qiymətləndirilməsində faydasını təhlil ediblər.

Aztibb.az xəbər verir ki, araşdırmanın nəticələri “PLOS ONE” jurnalında dərc olunub.

Vaşinqton Dövlət Universitetinin (ABŞ) alimləri bir sıra hallarda ürək xəstəliyi riskini qiymətləndirmək üçün OpenAI-nin çatbotundan istifadə ediblər. Xidmət vasitəsilə on minlərlə simptom təsvirini işlətdikdən sonra mütəxəssislər çatbotun bu vəzifənin öhdəsindən gəlmədiyini görüblər.

Tədqiqatın müəllifi Dr. Thomas Hestona görə, sinə ağrısı ürək xəstəliyinin ən mühüm simptomudur. Bu məlumatlara əsasən, həkimlər riskləri qiymətləndirir və xəstəliklərə diaqnoz qoyurlar. Bununla belə, araşdırmada ChatGPT tez-tez eyni xəstələri fərqli qiymətləndirib.

Alim süni intellekt (AI) vasitələrinin tibbdə faydalarına inandığını bildirib. Qeyd edib ki, ChatGPT differensial diaqnostikada əla nəticələr göstərib.

Aprelin sonunda Amerikanın Moderna biotexnoloji şirkəti OpenAI ilə tərəfdaşlıq elan edib. Onun ChatGPT çatbotu Modernaya perspektivli sahələri inkişaf etdirməyə kömək edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
1
aztibb.az

2Mənbələr