![Növbəti](https://azertag.az/files/2024/2/1200x630/17148144933918725662_1200x630.jpg)
Bakı, 4 may, AZƏRTAC
Mayın 4-də Dövlət İmtahan Mərkəzində (DİM) növbəti rəqəmsal SAT imtahanı keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda 2 əcnəbi olmaqla, ümumilikdə 94 nəfər iştirak edib.
Növbəti imtahanın 2024-cü il iyunun 1-də keçirilməsi nəzərdə tutulur.
Rəqəmsal SAT imtahanı barədə ətraflı məlumat DİM-in saytında yerləşdirilib. Əlavə sual yarandığı halda [email protected] ünvanı vasitəsilə əlaqə saxlamaq olar.