AZ

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

“Samsung”

Bakı, 4 may, AZƏRTAC

Cənubi Koreyanın “Samsung” kompaniyası İsraildə 70 startap layihəsini dayandırmaq və bazardan çəkilmək qərarına gəlib.

AZƏRTAC TRT telekanalına istinadla xəbər verir ki, Cənubi Koreya kompaniyasının qlobal sərmayələrini bir araya gətirən “Samsung Next” bu qərarı İsrailin Qəzza sektoruna hücumları və yəhudi dövlətindəki mənfəətinin azalması ilə izah edib.

BDS-nin (Boycott, Divestment and Sanctions) internet saytında dərc olunan hesabata görə, “Samsung” kompaniyasının gəlirləri ötən illə müqayisədə 56 faiz azalıb.

İsrail bazarından çəkilən təkcə “Samsung” deyil. Eyni səbəbdən bir sıra iri şirkətlər yəhudi dövlətində fəaliyyəti məhdudlaşdırır və ya bazarı tamamilə tərk edir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
36
Mənbələr
Şərh ()
Bağla