AZ

Azərbaycanın Pakistandakı səfiri bu ölkənin Baş naziri ilə görüşüb

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov ölkənin Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşüb.

Azərbaycan səfirini salamlayan Baş nazir Pakistanın Azərbaycana böyük önəm verdiyini və iki ölkə arasında qardaşlıq münasibətlərinin olduğunu vurğulayıb. Baş nazir  Ramazan bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığını, həmçinin 2023-cü ilin iyununda Bakıya səfəri zamanı Azərbaycan rəhbərliyi ilə görüşünü xatırladıb və Prezident İlham Əliyevi Pakistana rəsmi səfərə dəvət etdiyini bildirib.

Məhəmməd Şahbaz Şərif Azərbaycanı 2024-cü ilin noyabrında keçiriləcək COP-29 tədbirinə ev sahibliyi edəcək ölkə seçilməsi münasibətilə təbrik edib, ölkələrimiz arasında ticarət, investisiya, enerji, müdafiə, təhsil, mədəni-humanitar və digər  sahələrdə əməkdaşlığın inkişafı üçün hər iki tərəfin birgə fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

Baş nazir ikitərəfli əməkdaşlığı genişləndirmək məqsədilə yüksək səviyyəli nazirlər heyətini Bakıya göndərmək niyyətində olduğunu bildirib. O həmçinin   müxtəlif sahələrdə əməkdaşlıqla bağlı Pakistan-Azərbaycan Hökümətlərarası Birgə Əməkdaşlıq Komissiyasının iclasını tezliklə təşkil etməyə hazır olduqlarını qeyd edib.

Səfir Baş nazirə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti barədə məlumat verib və bu yaxınlarda Bakı ilə Kəraçi arasında reyslərin açılacağını, həmçinin Bakı ilə İslamabad, eləcə də Bakı və Lahor arasında reyslərin uğurla həyata keçirildiyini vurğulayıb, Azərbaycandan Pakistana rəsmi səfərlərin gözlənildiyini  bildirib. 

Baş nazir Bakı şəhərinin gözəlliyinə heyran olduğunu, bu nümunəni İslamabadda da təkrarlamaq istədiyini  və hər iki şəhərin birgə əməkdaşlıq imkanlarının qurulmasının əhəmiyyətini qeyd edib.

Məhəmməd Şahbaz Şərif sonda bir daha Pakistanın Azərbaycanla qardaşlıq münasibətlərini genişləndirmək istədiyini, həmçinin yüksək səviyyədə səfərlərin  əhəmiyyətini vurğulayıb.

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

İslamabad      

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
180
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8285
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5328
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5159
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4881
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4688
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3814
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3106
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2859
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2799
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2775
Sabah 20 dərəcə isti olacaq
2707
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2302
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2273
Röyanın biabırçı videosu yayıldı
2254
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2116
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2093
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1881
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1710
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
1688
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1688