AZ

Ermənistan Azərbaycan Ordusu ilə bağlı yayılmış dezinformasiyanı təkzib etdi

Ermənistan Müdafiə Nazirliyi sosial şəbəkədə yayılmış Azərbaycan Ordusunun Tavuşdakı erməni mövqelərini atəşə tutduğuna dair məlumatları təkzib edib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan MN bəyanat yayıb.

"Sosial şəbəkələrdə Azərbaycan Silahlı Qüvvələrinin Tavuşdakı erməni mövqelərini atəşə tutması ilə bağlı məlumatlar reallığı əks etdirmir", - bəyanatda deyilir.

Ermənistan MN vətəndaşları rəsmi məlumatları izləməyə çağırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
5
day.az

6Mənbələr