AZ

Bakıdakı Avropa kubokunda ilk mükafatçıları müəyyənləşəcək (FOTO)

Bakı. Trend:

Bakıda keçirilən bədii gimnastika üzrə ilk Avropa kuboku davamedir.

Trend xəbər verir ki, yarışınikinci günündə turnirin ilk qalibləri bəlli olacaq.

Səhər sessiyasında komandalar qrup hərəkətlərini yerinəyetirəcəklər. Ləman Əlimuradova, Zeynəb Hümmətova, Kamilə Əliyeva,Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzanın heyətindəyer aldığı Azərbaycan millisi çoxnövçülüyün iki hərəkətini icraedəcək. Komandamız öncə 5 halqa, ardınca üç lent və iki toplabacarığını göstərəcək.

Ardınca fərdi gimnastlar arasında çöxnövçülüyün final mərhələsibaş tutacaq. Təsnifat mərhələsinin yekununa əsasən “Сross Battle”əvəsiqə qazanan 16 gimnast mübarizəni davam etdirəcək. Azərbaycantəmsilçiləri Zöhrə Ağamirova və Kamilla Seyidzadə də olimpiyasistemli mərhələdə mübarizə aparacaq.

Ağamirova 1/8 finalda rumıniyalı Kristina Draqan ilə görüşəcək.Onlar halqa ilə hərəkətdə qalib olmağa çalışacaqlar.

Seyidzadə isə bolqarıstanlı Stiliana Nikolova ilə qarşılaşacaq.Hər iki gimnast topla çıxış edəcək.

Bu gün mübarizəyə qoşulacaq yeniyetmə gimnastlar çoxnövçülüyüntəsnifat mərhələsində mübarizə aparacaqlar. Azərbaycan idmançılarıFidan Qurbanlı, Gövhər İbrahimova, İlahə Bahadırova və ŞəmsAğahüseynova da həm ayrı-ayrı növlərdə, həm komanda yarışındafinala vəsiqələr üçün çıxış edəcəklər.

FOTO: Zaur Mustafayev

Bakıdakı
Bakıdakı
Bakıdakı
Bakıdakı
Bakıdakı
Bakıdakı
Bakıdakı
Bakıdakı
Bakıdakı
Bakıdakı
Bakıdakı
Bakıdakı
Bakıdakı
Bakıdakı
Bakıdakı
Bakıdakı
Bakıdakı
Bakıdakı
Bakıdakı
Bakıdakı
Bakıdakı
Bakıdakı
Bakıdakı
Bakıdakı
Bakıdakı
Bakıdakı
Bakıdakı
Bakıdakı
Bakıdakı
Bakıdakı
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
1
az.trend.az

2Mənbələr