AZ

Umico-nun gəlirləri artsa da zərərdən çıxa bilməyib - HESABAT

Umico-nun sahibi “Competo” MMC şirkətinin  2023-cü il üzrə maliyyə vəziyyəti məlum olub.

FED.az xəbər verir ki, şirkət ötən ili 32 milyon 340 min manat xalis zərər ilə başa vurub. Lakin 2022-ci il üzrə zərər 17 milyon 105 min manat idi.

Beləliklə, “Competo” şirkətinin xalis zərəri 2023-cü ildə 2022-ci illə müqayisədə 15 milyon 235 min manat və ya 89 faiz artıb.

image

 “Competo”nun gəlirləri  2023-cü ildə 25 milyon 879 min manat təşkil edib . Gəlirlər illik müqayisə ilə  17 milyon 481 min manat və ya 3,1 dəfə artıb. 

Ötən il şirkətin xərcləri isə  32 milyon 716 min manat və ya 2,3 dəfə  58 milyon 219 min manata yüksəlib.

31 dekabr 2023-cü il tarixində “Competo” MMC 29 milyon 849 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir ildə 11 milyon 562 min manat və ya 63,2% artıb.

31 dekabr 2023-cü il tarixində “Competo” MMC-nin öhdəlikləri aktivlərini üstələyib.

Qeyd olunan tarixdə Şirkətin öhdəlikləri 34 milyon 331 min manat təşkil etdiyindən, xalis aktivləri mənfi 4 milyon 482 min manat olub. 

Öhdəliklər son bir ildə 26 milyon 962 min manat və ya 4,6 dəfə artıb.

Mənfiyə düşmüş xalis aktivlərin həcmi isə 6 milyon 437 min manat və ya 2,4 dəfə azalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
1
fed.az

2Mənbələr