AZ

Tümen vilayətində çayların daşması ağır fəsadlara səbəb olub

Bakı. Trend:

Tümen vilayətinin 47 yaşayış məntəqəsində 380-dən çox yaşayışbinası, həmçinin 523 bağ evi, 3225 şəxsi torpaq sahəsi və 34 yolsahəsi su altında qalıb.

Trend xəbər verir ki, bu barədə Rusiya Fövqəladə HallarNazirliyi məlumat yayıb.

“47 yaşayış məntəqəsində 384 yaşayış binası, 523 bağ evi, 3225təsərrüfat sahəsi, 34 avtomobil yolları su altında qalıb”, - deyəməlumatda bildirilir.

Nazirlik qeyd edib ki, Vikulovski rayonunda İşim çayında suyunsəviyyəsi qalxmaqda davam edir.

Daşqın proqnozu ilə əlaqədar Tümen vilayətində əvvəlcədənfövqəladə vəziyyət elan edilib. İşim və Tobol çaylarında suyunsəviyyəsinin yüksək olacağı gözlənilir. Bölgə qubernatoru bəndlərinuçması və ya daşması ehtimalının artdığını deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
5
az.trend.az

6Mənbələr