AZ

Beyləqanda 4 nəfərdən narkotik aşkarlanaraq götürülüb

Beyləqanda
Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, tədbirlər zamanı Zaur Musayev, Ağamoğlan Kərimov, İlkin Fərəcov və Rahil İsmayılov saxlanılıblar.
Onlardan psixotrop maddə metamfetamin və narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb. Faktlarla bağlı Beyləqan RPŞ-də cinayət iṣləri başlanılıb, adıçəkilənlər barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə, aparılan profilaktik tədbirlərin nəticəsi olaraq rayon sakinləri özlərində olan 8 ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
157
25
1news.az

10Mənbələr