AZ

Bu, təcilidir, Avropa "ölə" bilər - Borrell

Soyuq müharibədən sonrakı beynəlxalq sistem artıq mövcudluğunu dayandırıb və ABŞ hegemon statusunu itirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Avropa Birliyi diplomatiyasının rəhbəri Jozep Borrell bildirib.

"Soyuq müharibədən sonra yaşadığımız beynəlxalq sistem mövcud olmağı dayandırdı, Amerika hegemon statusunu itirdi və 1945-ci ildən sonrakı dünya nizamı çökür", - Borrell vurğulayıb.

O bildirib ki, bütün bunların fonunda AB və Böyük Britaniyanın rolu müəyyən edilməlidir:

"Amma bu, artan təhlükələrə necə cavab verməyimizdən asılı olacaq. Avropanın "ölə" biləcəyi ilə bağlı xəbərdarlıqları eşitdiyimiz üçün bu, təcili əhəmiyyət kəsb edir".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
2
milli.az

6Mənbələr