AZ

Neçə saat yatmalıyıq?

Yuxunun sağlamlıq üçün əhəmiyyəti illərdir tədqiqatçıların və fərdlərin diqqət mərkəzində olub. Bir çox ekspertlər deyirlər ki, böyüklər üçün ümumiyyətlə gecə 7-9 saat yatmaq idealdır.  

News24.az xəbər verir ki, insanların az və ya çox yatmaqdansa, özləri üçün uyğun yuxu vaxtına qərar vermələri vacibdir. Araşdırmada yuxu müddəti sabit olmayan insanlarda nizamlı yatanlarla müqayisədə fərqli nəticələr müşahidə edilib. 

Geniş araşdırmalar göstərir ki, beynin təmizləmə sistemi gecə saatlarında sürətlənir. Alzheimer xəstəliyi ilə əlaqəli zəhərli birləşmələri təmizləyir. Böyük qruplar üzərində aparılan araşdırmalar, həmçinin yuxu müddəti qeyri-adi dərəcədə qısa və ya uzun olan insanların sağlamlıq vəziyyətinin daha pis olduğunu, o cümlədən Alzheimer xəstəliyinin əlamətlərindən biri olan yaddaş itkisi və beyin kiçilməsinin olduğunu müəyyən edib.

Araşdırmalar yalnız yuxu müddəti ilə sağlamlıq arasındakı əlaqəni müəyyən edə bilər, lakin qeyri-kafi yuxunun sağlamlıq probleminə səbəb olub-olmadığını söyləmək mümkün deyil. 

Alimlər təxminən 47.000 insanın mövcud məlumatlarından istifadə edərək, zamanla yuxu müddəti ilə bağlı beyin həcminə baxıblar. Burada ən yüksək beyin həcmi 6,5 saat gecə yuxusu ilə əlaqələndirilib. Daha sonra komanda 11 ilə qədər təxminən 4000 insanı izləyərək başqa bir analiz aparıb. Bu vəziyyətdə, tədqiqatın başlanğıcındakı yuxu müddəti ilə bu müddət ərzində beyin kiçilməsi arasında heç bir əlaqə tapılmayıb.

Fjell deyir ki, ilk analizdəki nəticə yuxu pozğunluğuna səbəb olan beynin kiçilməsi ilə izah edilə bilər. Lakin alternativ olaraq, məsələn, təbii olaraq kiçik və ya daha böyük beyinləri olan insanlar naməlum səbəbdən daha az yatmağa meylli ola bilərlər.

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
198
news24.az

1Mənbələr