Arda Gülər komanda yoldaşlarından şikayətləndi - Video
Türkiyə millisinin və "Real Madrid"in üzvü Arda Gülər komanda yoldaşlarının etikadan kənar hərəkətlərinə görə şikayətlənib.BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi komanda yoldaşlarının türk dilində təhqirlərdən istifadə etməsindən gileylənib. “Nə zaman soyunub-geyinmə otağına daxil olsam türkçə təhqirlər eşidirəm. Hər kəs türk dilindəki təhqiredici ifadələri əzbərə bilir. Bu, məni bəzən çox əsəbiləşdirir”, - Gülər vurğulayıb.