AZ

NYT: Ukrayna müdafiəsinin çöküşü ehtimalı azdır

ABŞ ordusunun son məxfi qiymətləndirməsinə əsasən, Rusiya qüvvələri yaxın günlərdə Ukraynaya doğru irəliləməyə davam edəcək, lakin Ukrayna müdafiəsinin çökməsi az ehtimal olunur.

“Report” xəbər verir ki, bu barədə ABŞ və Avropanın ondan çox rəsmisinin ifadəsinə əsaslanan “The New York Times”ın materialında deyilir.

ABŞ rəsmisi tərəfindən NYT-yə verilən qiymətləndirmə Rusiyanın “mayın 9-na qədər şərq və cənub-şərqdə kiçik uğurlar əldə etməyə” davam edəcəyini göstərir ki, bu da Moskva üçün simvolik önəm daşıyır.

Bununla belə, rəsminin sözlərinə görə, ABŞ hərbçilərinin təhlilinin nəticəsi belədir ki, “kəskin sursat çatışmazlığına baxmayaraq, Ukrayna hərbçiləri cəbhə xəttində darmadağına uğramayacaqlar”.

NYT-nin digər həmsöhbətləri Rusiyanın mayın 9-dan əvvəl ciddi bir hücum həyata keçirmək üçün yetərincə qüvvəyə malik olduğuna inanmır: “Bu, qüvvələrin əhəmiyyətli dərəcədə artırılmasını tələb edərdi ki, bunu da Amerika rəsmiləri müşahidə etmir”.

Materialda deyilir ki, Ukrayna ən yaxşı halda yayda, ən pis halda isə ilin sonunadək Qərb müttəfiqlərinin yeni hərbi yardımı sayəsində cəbhə xəttini sabitləşdirə biləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
209
1
Mənbələr
Şərh ()
Bağla