AZ

Zöhrə Ağamirova 3 növdə finala vəsiqə qazanıb

Bakı. Trend:

Bakıda təşkil olunan bədii gimnastika üzrə Avropa kubokunun ilkgünü arxada qalıb.

Trend İdman.biz-əistinadən xəbər verir ki, Azərbaycan yığmasının lideri ZöhrəAğamirova 3 növdə finala vəsiqə qazanıb.

O, halqa, top və lentlərlə çıxışda həlledici mərhələdə çıxışetmək hüququna yiyələnib. Zöhrə topla yarışda 33,000 baltoplayaraq, 4-cü olub. Ağamirova lentlə çıxış zamanı 31,450, halqailə isə 32,900 xalla Top-8-də yer alıb.

Bu nəticələrdən sonra yığmamızın lideri çoxnövçülükdə də finaldayarışacaq. Zöhrə 4 alətlə çıxışın cəmində 127,100 bal toplayıb.Millimizin daha bir üzvü Kamilla Seyidzadə (119,450) də həlledicimərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, sabah Avropa kubokunda ilk medalçılar bəlliolacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
2
az.trend.az

3Mənbələr