AZ

Somalidə leysan yağışlar səbəbindən ən azı 8 min insan evlərini tərk edib

Somalidə son günlər yağan leysan yağışların səbəb olduğu daşqınlar səbəbindən ən azı 8 min insan evlərini tərk edərək köç etmək məcburiyyətində qalıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Son günlər ölkədə baş verən daşqınlar nəticəsində 7 nəfər həyatını itirib. Hiran bölgəsində yağan yağışların təsirli olduğu və Şabel çayında daşma riskinin olduğu qeyd edilib.

Xatırladaq ki Somali Fəlakətlərin İdarə Edilməsi Agentliyinin məlumatına görə, ötən ilin oktyabr-dekabr ayları arasında ölkə üzrə 2,4 milyon insan daşqınlardan zərər çəkib, 110 nəfər ölüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
180
1
operativmm.az

3Mənbələr