AZ

UEFA rəsmən açıqladı: AÇ-2024-ə 26 futbolçu ilə!

UEFA 2024-cü il Avropa çempionatında iştirak edəcək yığma komandaların heyətinin 23-dən 26 futbolçuya çatdırılacağını rəsmən açıqlayıb.

Arena.az məlumat verir ki, qurum bu barədə “X” sosial şəbəkəsindəki öz rəsmi hesabı üzərindən müvafiq bəyanat paylaşıb:

“AÇ-2024-də komandalar üçün mütləq heyət ölçüsü 23 oyunçudan ibarət ilkin paydan 26 oyunçuya qədər artırılıb.

Komandalar iyunun 7-dək 23-26 oyunçudan ibarət siyahı təqdim etməlidirlər”, – UEFA-nın bəyanatında deyilir.

Xatırladaq ki, 2024-cü il Avropa çempionatı Almaniyada baş tutacaq. Yarış iyunun 14-dən iyulun 14-dək keçiriləcək. Qrup mərhələsində 1-ci və 2-ci yerləri tutmuş komandalar, həmçinin 3-cü yeri tutmuş 4 ən yaxşı komanda 1/8 finala yüksələcək. Yarışın ələmə oyunları olimpiya sistemi üzrə, uduzmuş komandaların yarışdan kənarlaşdırılması ilə keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
4
arena.az

5Mənbələr