AZ

“Sərhədçi” “Xəzri”yə ilk oyundakı məğlubiyyətin əvəzini çıxdı

“Sərhədçi” komandası Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində “Xəzri”yə qalib gəlməklə ümumi hesabı bərabərləşdirib.

Futbolinfo.az xəbər verir ki, “Sərhədçi” rəqibini 71:64 hesabı ilə məğlub edib.

Tərəflər arasında keçirilən ilk dueldən “Xəzri” qələbə ilə ayrılıb – 98:64. Üçüncü oyun mayın 5-də baş tutacaq.

Yarışın qaydalarına uyğun olaraq, ardıcıl 2 qələbə qazanan kollektiv növbəti mərhələyə vəsiqə qazanır.

Ötən gün “Xırdalan” və “Neftçi” kollektivləri arasında ikinci dueldə 76:73 hesabı ilə qələbə qazanan birincilər yarımfinala adlayıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
3
futbolinfo.az

8Mənbələr