AZ

Böyük Britaniya iki İsrail təşkilatına qarşı sanksiya tətbiq edib

Böyük Britaniya hökuməti İordan çayının qərb sahilində yaşayan fələstinlilərə qarşı zorakılıq çağırışı etdiyi üçün İsrailin ifrat sağçı Lehava və Noar Haqvaot təşkilatlarına sanksiya tətbiq edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Sanksiyalar həmçinin Fələstin ərazilərini ələ keçirməyə çağıran və ya İordan çayının qərb sahilində icazəsiz yaşayış məskənlərinin salınmasında iştirak edən dörd israilli fəalı da hədəf alıb. Tətbiq olunan sanksiyalar bu təşkilatların hesablarına həbs qoyulmasını, habelə fiziki şəxslərin Böyük Britaniyaya girişinə qadağa qoyulmasını nəzərdə tutur.

"Ekstremistlər təhlükəsizlik və sabitliyi pozur, sülhün mümkünlüyünü təhlükə altına alır. Yeni sanksiyalar paketi bu hücumların arxasında duran iki qrup və fələstinli mülki şəxslərə qarşı şiddətli zorakılığa görə birbaşa məsul olan dörd şəxsi hədəf alır", - Xarici İşlər Nazirliyindən bildirilib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
1
operativmedia.az

7Mənbələr