AZ

Erik ten Haqa daha bir şans veriləcək

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq klubda fəaliyyətini davam etdirəcək.

Apasport.az xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi yeni mövsümün startını komandanın başında ten Haqla planlaşdırır.

“Mançester Yunayted”in yeni sahibləri hesab edirlər ki, ten Haq komandanın cari mövsümdə uğur qazanmasına kömək edəcək lazımi şəraitlə təmin olunmayıb. Bundan əlavə, onlar maliyyə aspektini də nəzərə alırlar - məşqçini işdən çıxarmaq və yenisini tapmaq əlavə investisiyalar tələb edəcək.

“Qırmızı şeytanlar” Premyer Liqada 34 oyundan sonra 54 xalla 6-cı yerdədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
3
apasport.az

4Mənbələr