AZ

Norveç xüsusi xidmət orqanları Rusiya casus şəbəkəsini ifşa etdi

Norveç Polisinin təhlükəsizlik xidməti (PST) Rusiya kəşfiyyat agentlərinin Qərbi Norveçdə fəaliyyət göstərdiyini aşkar edib və Rusiyanın kritik infrastruktura qarşı təxribat hazırlaya biləcəyini ehtimal edir.   Manset.az Qaynarinfo-ya istinadən  xəbər verir ki, bu barədə PST-nin Qərbi Norveç üzrə rəhbəri Torqils Lutro bu barədə NRK-ya müsahibəsində danışıb. Bu bölgədə Şimali Avropanın ən böyük hərbi-dəniz bazası olan Haakonsvern, həmçinin Monqstad, Kolsnes və Sture kimi mühüm neft və qaz, həmçinin elektrik stansiyaları və elektrik enerjisi ilə bağlı digər obyektlər yerləşir. "Biz görürük ki, Rusiyanın bəzi niyyətləri təxribat aktları hazırlamaq ola bilər. Onlar bütün ərazidə fəaliyyət göstərir və hərəkət edirlər", - Lutro bildirib. Xüsusilə, PST bir neçə Rusiya agentini ifşa etdiyini iddia edir. Qurum onların dəqiq sayını açıqlamır. Lutro hesab edir ki, Rusiya şəxsi mənfəətindən əlavə, müttəfiqləri arasında Norveçin reputasiyasına xələl gətirmək istəyir. "Aydındır ki, Rusiyanın məqsədlərindən biri bizi pis göstərməkdir. Onlar göstərməyə çalışacaqlar ki, biz özümüzə nəzarət etmirik və ya potensial gələcək vəziyyətlərdə ixracatla müttəfiqlərimizə kömək edə bilməyəcəyik", - rəsmi bildirib. PST iddia edir ki, Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hücumundan sonra Norveç ərazisində Rusiya kəşfiyyat fəaliyyətini aktivləşib. "Rusiya kəşfiyyat agentləri kritik və həssas infrastruktur və hərbi qurğular kimi müxtəlif hədəflərə qarşı işləyirlər. Onların da açıq məqsədi Norveçin fövqəladə hallar planlarını ifşa etməkdir", - Lutro bildirib. Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi fonunda Norveç hakimiyyəti Rusiyanın Norveçdəki səfirliyinin 15-dən çox əməkdaşını kəşfiyyat fəaliyyətində şübhəli bilinərək ölkədən çıxarıb. Nəticədə Rusiya kəşfiyyat vasitələrini yenidən nəzərdən keçirməli olub.

"Bu agentlərin kim olduğunu öyrənmək bizim üçün asan deyil. Onlar kütlə ilə qarışırlar, bu da onların işidir. Onların Rusiya vətəndaşlığı olması şərt deyil, lakin onlar Rusiya adından hərəkət etməyə həvəsləndirilə bilər, məsələn, pul və ya hədə-qorxu ilə”, - Lutro izah edib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
15025
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11631
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9386
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3344
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2714
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2648
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2496
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2239
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1904
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1772
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1272
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
890
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
871
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
838
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
808
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
780
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
746
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Mayın ilk gününün havası açıqlanıb
696