AZ

İraq və Qazaxıstan neft hasilatını azaldacaq

İraq və Qazaxıstan bu ilin sonuna kimi OPEK+ çərçivəsində üzərlərinə götürdükləri öhdəlikdən artıq hasil etdikləri neft həcmlərini kompensasiya etməyə razılaşıblar.

Musavat.com OPEK-in yaydığı məlumata istinadən xəbər verir ki, İraqın birinci rübün sonunda kvotadan artıq hasilatı sutkada 602 min barel, Qazaxıstanda isə 389 min barel təşkil edib.

Müvafiq qiymət alyansın katibliyinin, hər iki ölkənin nümayəndələrinin, eləcə də ikinci dərəcəli mənbələrdən olan ekspertlərin görüşündən sonra verilib.

OPEC bildirir ki, aprel ayında İraq və Qazaxıstandan mümkün neft hasilatı sonradan kompensasiya planlarında da nəzərə alınacaq.

Onu da qeyd edək ki, Yaxın Şərqdə böhranın böyümə riski aradan qalxdığına görə neft bazarında qiymətlər azalır. Həftənin əvvəlində 90 dollar ətrafında olan qiymətlər 83 dollarla yekunlaşmaqdadır. Analitiklər hesab edirlər ki, neft bazarına təsir edəcək yeni beynəlxalq böhran olmayacağı təqdirdə qiymətlər 75 dollara qədər düşəcək. Bu, OPEK+ iştirakçılarının hasilatın əlavə azaldılması müddətini 3-cü rübə artırmasına səbəb olacaq.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
197
2
musavat.com

2Mənbələr