AZ

Hərbçi yoldaşlarını əsir götürdü

Xerson vilayətində ukraynalı hərbçi bir neçə tibb işçisi də daxil olmaqla, öz xidmət yoldaşlarını girov götürüb.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.

“Əlində AK-47 olan hərbçi yoldaşlarının yanına gəlib və onlardan onu həkimə aparmalarını istəyib. Həkimlərin yanına çatanda isə maşından düşərək hamını silahla təhdid edib və başqa maşınla Nikolayev şəhərinə getmələrini tələb edib”, - məlumatda qeyd olunub.

Bildirilib ki, avtomobil yolda dayandırılıb və hərbçi həbs edilib.

Onu 5 ildən 8 ilə kimi həbs cəzası gözləyir.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
3
news24.az

4Mənbələr