AZ

Baş nazirdən QƏRAR - Nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyası üzvlərinin sayı azaldılıb.

Musavat.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla kollegiya üzvlərinin sayı 15-dən 14-ə endirilib.

Yeni qərara əsasən, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibində yer almayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
23
musavat.com

10Mənbələr