AZ

Rəhbər klubda aranı qatdı, baş məşqçidən tələb etdi ki...

Sabah Premyer Liqada 33-cü tura start veriləcək.

Çempionatda qalmaq tapşırığını yerinə yetirən “Kəpəz” ilk oyun günündə “Sumqayıt”la qarşılaşacaq.

Gəncəlilər avrokuboklara vəsiqə uğrunda mübarizə aparan rəqibini Tovuzda qəbul edəcək.

Bu matçdan öncə Gəncə təmsilçisinin düşərgəsində müəyyən hadisələr yaşanmaqdadır. Baş məşqçi Adil Şükürov İdarə Heyətinin sədri İlqar Nadirinin təzyiqinə məruz qalıb.

Klubun rəhbəri çalışdırıcının işinə qarışaraq, əsas heyətdə dəyişiklər etməsini istəyir. O, legionerlərə istirahət verilməsini, gənclərin meydana çıxmasını tələb edir.

Şükürov bu fikri hələlik yaxına buraxmır. Ancaq onun sonadək öz sözünün üstündə dayanıb-dayanmayacağı bilinmir.

Çünki sədr israrlıdır və bununla yaxın ətrafına göstərmək niyyətindədir ki, komanda üzərində mütləqi-hakimiyyət ondadır, Şükürov, sadəcə, aldığı tapşırıqları yerinə yetirən biridir, işinin başqa adı yoxdur.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
sportinfo.az

1Mənbələr