AZ

"Xəzər Dəniz Gəmiçiliyi"ndən əmlak tələb edilir

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətindən (QSC) əmlak tələb edilib. 

Qaynarinfo xəbər verir ki, Həsənov Allhverdi Əli oğlu vətəndə bununla bağlı məhkəmə iddiası qaldırıb. 

Onun iddiasına Səbail Rayon Məhkəməsində baxılacaq. Mayın 21-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Şahin Abdullayevin sədrliyi ilə keçiriləcək. 

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC 2013-cü ildə yaradılıb. QSC-nin İdarə Heyətinin sədri Rauf Vəliyevdir. O, qurum yaranandan bu vəzifədədir. 

Seyid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
1
qaynarinfo.az

2Mənbələr