AZ

Təhlükəsizlik Xidməti Paşinyanla bağlı araşdırma aparacaq

Təhlükəsizlik

Ermənistan Baş Prokurorluğu baş nazir Nikol Paşinyanla bağlı şikayəti respublikanın Milli Təhlükəsizlik Xidmətinə göndərib.

Reyting.az
erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistanın baş prokuroru Anna Vardapetyan parlamentin iclasında bildirib.

“Müraciətdə müəyyən sənədlər, o cümlədən həqiqiliyi yoxlanılmalı olan əmlak haqqında arayışların surətləri olub. Biz hər şeyi MTX-yə göndərmişik ki, bizə lazımi əməliyyat yoxlamasının nəticələrini təqdim etsinlər. Bundan sonra icraata başlamaq və ya başlamamaq məsələsi müzakirə olunsun”, - deyə Vardapetyan əlavə edib.

Xatırladaq ki, bir müddət əvvəl vəkil Ara Zöhrabyan və ehtiyatda olan polkovnik Hayk Nahapetyan Ermənistanın Baş Prokurorluğuna mesaj təqdim edərək Nikol Paşinyanın Ermənistanın suveren ərazilərinin və yaşayış məntəqələrinin təhvil verilməsi prosesinin başlanması ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunmasını tələb ediblər.

ELÇİN
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
1
reyting.az

2Mənbələr