AZ

Əli Əsədov yeni qərarlar imzaladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyası üzvlərinin sayı azaldılıb.

Publika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla kollegiya üzvlərinin sayı 15-dən 14-ə endirilib.

xxx

Baş nazir Əli Əsədov Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında Qərar imzalayıb.

Publika.az xəbər verir ki, qərara əsasən, Naxçıvan Dövlət Universiteti Azərbaycan Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Naxçıvan Dövlət Universitetinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Qərarla “Naxçıvan Dövlət Universitetinin Nizamnaməsi” təsdiq edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
2
publika.az

3Mənbələr