AZ

Danimarkda həbsdə olan futbolçu “Neftçi”də çıxış edəcək

“Neftçi”nin növbəti mövsüm üçün anlaşdığı deyilən 22 yaşlı nigeriyalı Akinkunmi Amoo 2022-ci ildə Danimarkada cinsi təcavüzə görə həbsdə olub.

Futbolinfo.az xəbər verir ki, həmin vaxt cinsi təcavüzdə günahlandırılan futbolçu ilə bağlı məhkəmə birillik həbs qərarı verib. Ardından isə o, ölkədən deportasiyası edilib. Hətta qərarda o da vurğulanıb ki, futbolçunun altı il müddətinə Danimarkaya girişi qadağan edilsin.

Qeyd edək ki, “Neftçi”nin futbolçu ilə dördillik müqavilə imzalayacağı deyilir. Futbolçunun Bakı klubunun düşərgəsində olması və bununla bağlı fotoların yayılması iddiaları gücləndirib. Lakin “ağ-qaralar” hələ keçid barədə rəsmi məlumat yaymayıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
2
oxu.az

3Mənbələr