AZ

“Biznes Mərkəzi Klubu”nun açılış mərasimi keçirilib - FOTO/VİDEO

“Biznes Mərkəzi Klubu”nun açılış mərasimi baş tutub. Mərasimdə 150-dən çox sahibkar, dövlət nümayəndələri, Avropa və Türkiyədən gəlmiş qonaqlar iştirak ediblər.

Klub şirkətlərin PR, media və kommunikasiya, həmçinin netvörking ehtiyaclarını ən səmərəli yolla təmin edərək onların müştəri bazasının artırılmasına və brendin KİV və rəqəmsal media alətləri vasitəsilə tanınmasına xidmət edir.

Təqdimat mərasimində “Biznes Mərkəzi Klubu”nun sədri Rüfət Nadirli çıxış edərək klubun fəaliyyət istiqamətləri, məqsəd və məramları, həmçinin əməkdaşlıq imkanları barədə geniş məlumat verib.

Tədbirdə çıxış edən millət vəkili Ceyhun Məmmədov və Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) İdarə Heyətinin sədri Nigar Ələsgərova biznes klublarının əhəmiyyətindən və onların inkişafının gələcək sahibkarlıq mühitinə birbaşa təsirindən bəhs ediblər.

Açılış mərasimində Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) və Müstəqil Sənayeçi və İş adamları Dərnəyi (MÜSİAD) təşkilatlarının nümayəndələri, şirkət rəhbərlərinin çıxışları da  baş tutub, klubun fəaliyyətinə uğurlar arzu ediblər.

Tədbirin bədii hissəsində bir sıra tanınmış müğənnilərin ifaları səslənib və maraqlı bir yarışma keçirilərək qaliblərə “Biznes Mərkəzi Klubu” və sponsorlar tərəfindən hədiyyələr təqdim olunub.

Əlaqə: +994 51 974 85 45

E-mail: [email protected]

Veb-sayt: biznesmerkezi.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
3
oxu.az

4Mənbələr