AZ

Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutunun rektoru BDU-da

Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutunun rektoru BDU-da

03.05.2024 [15:28]

A+ A-

Bakı, 3 may, AZƏRTAC

 

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutunun rektoru Botir Usmonovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

BDU-dan 525.ax-a bildirilib ki, görüşdə rektor Elçin Babayev ortaq kökə, tarixə malik, qardaş ölkələr olan Azərbaycan ilə Özbəkistan arasında bütün sahələrdə, o cümlədən təhsil istiqamətində uğurlu və dinamik əməkdaşlığın olduğunu deyib. Rektor qonaqlara 105 yaşlı BDU-nun elmi, tədris fəaliyyəti, beynəlxalq əlaqələri, ixtisasları barədə məlumat verib. Qeyd edib ki, BDU Özbəkistanın müxtəlif ali təhsil ocaqları ilə uğurlu əməkdaşlıq edir. BDU-da kimya, texnologiya, qida təhlükəsizliyi, biotexnologiya istiqamətləri üzrə mühüm tədqiqatlar aparılır. Adıçəkilən sahələr BDU-nun əsas elmi prioritetlərindəndir. Bu baxımdan Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutu ilə əməkdaşlığı iki ölkənin elminə, təhsilinə böyük fayda verə bilər.

Daşkənd Kimya-Texnologiya İnstitutunun rektoru Botir Usmanov rəhbərlik etdiyi institut barədə ətraflı məlumat verib. Azərbaycana səfərinin əsas məqsədinin ölkəmizin elmi, təhsili ilə tanışlıq olduğunu bildirən qonaq BDU ilə əməkdaşlığın hər iki ali təhsil müəssisəsinin inkişafına töhfə verəcəyini diqqətə çatdırıb.

Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri, birgə elmi tədqiqat imkanları, ortaq laboratoriyanın qurulması və digər məsələlər müzakirə edilib.

Sevinc Qarayeva























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
2
525.az

3Mənbələr