AZ

“İsrail 40-45 min fələstinlini öldürüb” - Ərdoğan

“İsrail və Fələstin arasında baş verən hadisələr qəbuledilməzdir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda jurnalistlərə açıqlamasında deyib. 

“İsrail 40-45 min fələstinlini öldürüb. Biz müsəlman olaraq bunları sadəcə izləyə bilməzdik. Tədbirlər görməli idik və tələb olunan addımı atdıq. İsraillə 9,5 milyard dollar həcmində ticarət dövriyyəmiz var idi, indi ticarət əlaqələrini dayandırdıq”, - deyə Ərdoğan qeyd edib. 

Xatırladaq ki, aprelin 9-da Türkiyənin Ticarət Nazirliyi İsrailə 54 növ məhsulun ixracına qadağa qoyub. Mayın 2-də isə Türkiyə İsraillə idxal-ixrac əməliyyatların tamamilə dayandırıldığını elan edib. Türkiyənin ticarət naziri Ömər Bulut bildirib ki, Qəzzada atəşkəs elan olunmayana və bölgəyə humanitar yardımın maneəsiz çatdırılması təmin edilməyənə qədər İsrailə qarşı məhdudiyyətlər qüvvədə olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
15
bakivaxti.az

8Mənbələr