AZ

Kapital Bank-ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi etdi

Bakı. Trend:

Ölkənin birinci bankı Kapital Bank-ın sponsorluğu, TürkDövlətləri Təşkilatının (TDT) və Kiçik və Orta Biznesin İnkişafıAgentliyinin (KOBİA) rəsmi tərəfdaşlığı, Kiçik və Orta BiznesSubyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və AzərbaycanFrançayzinq Assosiasiyasının (AFA) birgə təşkilatçılığı iləkeçirilən Türk Dövlətləri İqtisadi Forumu 2024 (TDEF) türkdünyasının öndə gələn iş adamlarını, sərmayəçilərini və dövlətadamlarını bir araya gətirdi.

2-3 may 2024-cü il tarixlərində türkdilli ölkələr arasında ilkdəfə keçirilən tədbir, bu ölkələrdə mövcud bazar və investisiyaimkanlarının öyrənilməsi, markaların beynəlxalq mühitəinteqrasiyasının təşkili, şirkətlərarası kommersiyamünasibətlərinin inkişaf etdirilməsi, xarici investor vəşirkətlərin ölkəyə cəlb olunmasına dəstək, türkdilli ölkələrarasında münasibətlərin gücləndirilməsi məqsədi daşıyırdı.

Forumda “Türk dünyası ölkələri arasında iqtisadi əməkdaşlıq,onun təsiri və qlobal iqtisadiyyata töhfəsi”, "Çin yoxsa HindistanYolu? Ələt Azad Ticarət Zonasının əhəmiyyəti", "Türk qadını; QadınSahibkarların İnkişafı" və “Türkdilli ölkələrdə iqtisadi əməkdaşlıq- Brendləşmə, Françayzinq” başlıqlı panellər keçirilib.

Qeyd edək ki, II penel müzakirəsində Kapital Bank-ın Kiçik vəorta sahibkarlarla iş departamentinin direktor müavini ElçinMustafayev də iştirak edib. O çıxışında bankın sahibkarlıqistiqamətində atdığı mühüm addımlara, biznesin inkişafındakıyanaşmasına və bütün təşəbbüslərin müştəri mərkəzli xidmətinyaxşılaşdırmasına xidmət etdiyindən söz açıb. O, həmçininsahibkarlığa dəstəyin ölkənin iqtisadi inkişafındakı əməhiyyətinidə vurğulayıb.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildirvə Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 53 şöbəsiilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədədaha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olansəhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişiüçün— https://kbl.az/prgtk,Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
24
az.trend.az

10Mənbələr