AZ

Futbolçularını təhqir edən baş məşqçi ilə bağlı qərar açıqlanıb

AFFA 12 yaşadək futbolçular arasında Azərbaycan çempionatında yaşanan qalmaqalla bağlı qərarını verib.

Offsideplus.az xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.

Hadisə “Arpaçay” (Şərur) - UGİM(Culfa) oyununda baş verib. Görüşün 27-ci dəqiqəsində “Arpaçay”ın baş məşqçisi Bilal Nağıyev öz futbolçularını təhqir etdiyi üçün qırmızı vərəqə ilə kənarlaşdırılıb.

AFFA uşaqları təhqir edən baş məşqçini diskvalifikasiya edib. O, 3 oyunluq cəzalandırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
1
offsideplus.az

2Mənbələr