Acun Ilıcalının ailəsinə ağır itki üz verib. Metbuat.az xəbər verir ki, əmisi Gürbüz Ilıcalı vəfat edib.Bu barədə iş adamı özünün sosial şəbəkə hesabında paylaşım edərək qeyd edib:"Yaxşılıqdan başqa heç nə düşünməyən, çətinlikdə olan hər kəsə kömək edən ailəmizə əsl əmi olan və örnək aldığım adam... Əmim Gürbüzü itirdik. Başımız sağ olsun".