AZ

Sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar yeniyetmələrin düşüncəsinə mənfi təsir edir - Ombudsman müşaviri

Bakı. Trend:

Sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar, internetdəvə mətbuatda yayımlanan bəzi video və filmlər, televiziyaverilişləri yeniyetmələrin düşüncəsinə, dünyagörüşünə mənfi təsiredir.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası İnsanHüquqları üzrə müvəkkilinin (ombudsmanın) müşaviri Rəşad NovruzovMedianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən“İctimai proseslər media müstəvisində” mövzusunda Forumçərçivəsində “Sosial məsələlərin, həmçinin məişət zorakılığı vəerkən nikah kimi həssas mövzuların mediada düzgen işıqlandırılması”adlı panel sessiyada çıxışında deyib.

O qeyd edib ki, belə hallar yeniyetmələri təhsildənyayındırmaqla yanaşı, onları başqa zərərli sahələrə meylli edir,bir çox hallarda aqressiv davranmalarına və nəticə etibariləqanunazidd hərəkətlərə yol vermələrinə səbəb olur.

Müşavir bildirib ki, aidiyyəti qurumlar tərəfindən bu sahədədavamlı olaraq müvafiq işin aparılmasına, geniş marifləndirmətədbirlərinin təşkil edilməsinə baxmayaraq, erkən nikahlarla bağlıvəziyyət ürəkaçan deyil.

“Belə ki, rəsmi statistikaya əsasən, 2021-ci ildə nikaha daxilolmuş 18 yaşadək qızların sayı 137 nəfər olduğu halda, 2022-ci ildəbu göstərici 270 nəfər təşkil edib. Eyni zamanda, 15-17 yaşqruplarında olan analar tərəfindən diri doğulmuş uşaqların sayı2021-ci ildə 1650 nəfər idisə, bu göstərici 2022-ci ildə 2011 nəfərolub. Bu isə əvvəlki illə müqayisədə 25 faiz artım deməkdir. Budinamikaya təsir edən əsas amillər kimi ailədə övladlara veriləntərbiyə, təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkilindəmövcud olan boşluqlar və sair çıxış etsə də, sosial şəbəkələrin,internet resurslarının və medianın buradakı rolu da danılmazdır”, -deyə o əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
5
az.trend.az

6Mənbələr