AZ

Suqovuşan su anbarına balıq körpələri buraxıldı

Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpasına, su hövzələrinin zənginləşdirilməsinə, balıq populyasiyasının artırılmasına töhfə vermək məqsədilə Tərtər rayonu ərazisində yerləşən Suqovuşan su anbarına növbəti dəfə balıq körpələri buraxılıb.

Ednews  xəbər verir ki, bu barədə informasiyanı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva yayıb.

Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin nümayəndələrinin iştirak etdiyi tədbirdə Kiçik Qızılağac Balıqartırma Təsərrüfatında yetişdirilən 20 000 ədəd çəkikimi balıq körpəsi su anbarına buraxılaraq onların təbii artımına, bərpasına dəstək göstərilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
22
ednews.net

10Mənbələr