AZ

Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub

Azərbaycanda kənd təsərrüfatında mühüm bitkilərdən sayılan pambıq sahələrinin sığortası mövsümü başlayıb. 

Aqrar Sığorta Fondundan Banker.az-a verilən məlumata görə, bu il pambıq əkini ilə məşğul olan fermerlər üçün vacib və sərfəli yenilik edilib. Belə ki, pambıq sahələrinin yağışdan sığortalanması da baza zərfinə aid edilib. 

Bu il fermerlər üçün mühüm yenilik baza sığorta zərfinə yağış riskinin də əlavə edilməsidir. Belə ki, indiyədək pambıq əkini ilə məşğul olan fermerlər leysan yağışları üzrə sığortanı ayrıca əldə etməli idilər. 

Bəzən fermerlər məlumatsızlıqdan və ya bu riskin o qədər də təhlükəli olmadığını düşünərək sahələrini leysan yağışlarından sığortalamağa maraq göstərmirdilər. 

Bununla yanaşı, ötən il güclü yağışlar pambıq sahələrinə və fermerlərə böyük zərər vurub. Bunu nəzərə alaraq 2024-cü ildən etibarən pambıq əkinləri üçün yağış riski də baza zərfinə əlavə edilib. 

Nəticədə pambıqçı fermerlər baza zərfi ilə sığortalandıqda yağış riskindən də qorunmuş olacaqlar. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
42
Mənbələr
Şərh ()
Bağla