AZ

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında enerji tərəfdaşlığını gücləndirən sənədlər imzalanıb

Energetika Nazirliyi ilə “ACWA Power” şirkəti arasında 200 MVt-lıq Batareya Enerji Saxlanc Sistemi (BESS) layihəsi ilə bağlı İcra Müqaviləsi və 200 MVt-lıq quruda külək enerjisi layihəsi üzrə Çərçivə Müqaviləsi də imzalanıb.

Nazirlikdən verilən məlumata görə, sənədlər nazir Pərviz Şahbazov ilə Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdüləziz bin Salman Əl-Səudun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüşdə imzalanıb.

Görüşdə “ACWA Power” şirkəti ilə quruda və dənizdə ümumi gücü 2.5 QVt olan külək enerji layihələrinin inkişafı üzrə əməkdaşlığın cari vəziyyəti nəzərdən keçirilib. Bərpa olunan enerji layihələrinin icrasının sürətləndirilməsinin vacibliyi qeyd edilib. Azərbaycanda bərpa olunan enerji layihələrində “ACWA Power” şirkətinin iştirakına, bilik və təcrübə mübadiləsi yolu ilə bərpa olunan enerji mənbələrinin inteqrasiyası, elektrik enerjisinin istehsalı, ötürülməsi, enerji səmərəliliyi sahələrində əməkdaşlığın inkişafına dəstək ifadə olunub. Həmçinin neft emalı, neft-kimya məhsullarının təchizatı, aşağı emissiyalı yanacaq və texnologiyalarsahələrində, eləcə də SOCAR və Səudiyyə Ərəbistanının şirkətləri arasında birgə əməkdaşlıq məsələləri və investisiya imkanları da müzakirə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
7
vergiler.az

8Mənbələr