AZ

Bakıdakı Dünya Kubokunda ilk qaliblər bilindi

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda ilk qaliblər müəyyənləşib.

Sportnet.az xəbər verir ki, 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma növündə komanda yarışlarına yekun vurulub.

Bu növdə Türkiyəni təmsil edən Şimal Yılmaz və İsmayıl Kələş qızıl medala layiq görülüblər. Final qarşılaşmasında Türkiyə atıcılarına məğlub olan qazaxıstanlı Valeriya Popelova və Eldar İmankulov gümüş mükafata sahib çıxıblar.

Üçüncü yeri isə Ukraynanı üstələyən Çin atıcıları Li Xue ilə Xie Yu tutublar.

Qeyd edək ki, Dünya Kubokunda 80-dən çox ölkənin 400-dən artıq idmançısı mübarizə aparır. Turnirə mayın 12-də yekun vurulacaq.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
3
sportnet.az

4Mənbələr