AZ

Amerikalı analitiklər: "Onun həbsinə sanksiyanı Putin verib"

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Putinin gözündən düşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Vaşinqtondakı Müharibənin Tədqiqi İnstitutunun (ISW) gündəlik bülletenində deyilir.

Analitiklər Vladimir Putinin Tula qubernatoru Aleksey Dyumin ilə görüşünə diqqət yetiriblər. Dyumin “Vaqner”çi kimi tanınır.

2022-23-cü illərdə İnstitutun analitiklərinin fikrincə, Dyumin “Vaqner” rəhbəri Yevgeni Priqojini Sergey Şoyqu ilə qarşıdurmada dəfələrlə dəstəkləyib və bəlkə də müdafiə naziri postunu tutmağa göz dikib. 

“Putin və Dyumin arasında keçirilən görüş onu göstərir ki, Timur İvanovun həbsi ilə bağlı qərara görə Putin məsuliyyət daşıyır", - deyə analitiklər yekun rəyə gəlir. 

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
2
cebheinfo.az

3Mənbələr