“Suraxanı” gəmi-muzeyinin ilk kapitanı vəfat edib. Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Qasım Alacov bu gün vəfat edib. Qasım Alacov 18 iyul 1959-cu ildə Füzuli rayonunun Horadiz kəndində anadan olub. O, 1980-ci ildən üzən heyətin sıralarına qoşulub. Daha sonralar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin müxtəlif gəmilərində matros, bosman, kapitanın növbə köməkçisi, kapitan vəzifələrində işləyib.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.