AZ

Ələ keçirilən NATO tankları Moskvanın mərkəzində - FOTO

Moskvanın mərkəzində Ukraynada vurulmuş NATO ölkələrinin tankları və zirehli maşınları sərgilənir.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu deyib ki, Kreml bu sərgi vasitəsilə vətəndaşlarına müəyyən şeyləri təlqin etməyə çalışır:

 

“Yəni, “Rusiya Ukrayna ilə yanaşı, bütövlükdə NATO ilə savaşır və qələbəni əldə etmək ona görə asan deyil” mesajı ötürülür. Oxşar sərgi 2 il əvvəl Kiyevdə də təşkil edlimişdi. Həmin sərgidə Kiyev ətrafında vurulan Rusiya tankları və zirehli maşınları göstərilirdi. İndi Rusiya hakimiyyəti Moskvada sərgi keçirməklə, Kiyevdəki sərgiyə cavab verdiyini düşünür”.

 

Ekspert qeyd edib ki, önəmli olan sərgi deyil, qələbədir:

 

“Rusiya-Ukrayna müharibəsi hələ bitməyib, qalib bəlli deyil. Ona görə də Kiyev və ya Moskvadakı sərgilər müharibədə qələbəyə işarə deyil”.

 

Günay

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
3
sfera.az

4Mənbələr